Cümə, 03 May

"Bir dəfə Fransada bir xanımla..." - Eldar Quliyev

image

Bir dəfə Fransada bir xanımla söhbətləşirdik. Xanım dedi ki, ailəlidir, müəllim işləyir. Soruşdum ki, bəs burda neyləyirsən? Dedi həftə sonları pul qazanmaq üçün gəlirəm. Yəni artıq oralarda bu adi hal kimi qəbul edilir. Bir daha təkrar edirəm, Azərbaycan qızlarının isməti bizim üçün çox önəmlidir. 

Aftafa.tv xəbər verir ki, bu fikirləri öz açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

http://aftafa.tv/M0/1/2021/03/images/20210309_214616_1615311976_1fa5fd3711.jpg

Deputat bildirib ki, Azərbaycan böyük bir ailədir, ailəni isə bu şəkildə pozmaq olmaz.

Lakin son günlərdə Ağsaqqallar Şurasına sədr seçilən Eldar Quliyev Fransada o xanımla nə iş gördüyü barəsində ətraflı məlumat verməyib. Deputatın çıxışı özlüyündə bir çox suallar doğurub. Məsələn, deputat “burda” deyəndə haranı nəzərdə tutub? Deputat özü “orda” nə edirmiş? Bəs görəsən deputat həmin xanımla hansı dildə danışıb? 

Ailə dəyərlərindən ağız dolusu danışan deputatın Fransa sərgüzəştləri ilə Azərbaycan xalqına çox "yaxşı örnək" olduğuna da şübhə yoxdur.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15